Həsən Ruhani yenidən prezident seçildi - FOTOLAR

  • Müəllif: admin
  • 20 May 2017 11:50

img-20170520-wa0016

İranda keçirilən prezident seçkilərin ilkin nəticələri açıqlanıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, islahatçı və mötədil mühafizəkarların namizədi Həsən Ruhani seçilib.

Belə ki, İbrahim Rəisi artıq Həsən Ruhanini təbrik edib.

Qeyd edək ki, mayın 20-də İranın Seçkilər Qərargahının sədri Əli Əsğər Əhmədi Daxili İşlər Nazirliyinin binasında mətbuata nümayəndələrinin iştirakı ilə konfrans keçirərək prezident seçkilərin ilkin nəticələrini açıqlayıb.

Əli Əsğər Əhmədi bildirib ki, 25 milyon 966 min 729 nəfər səsvermədə iştirak edib: “Onlardan 25 milyon 182 min 310 nəfərin səsinin etibarlılığı təsdiq edilib. İndiyədək sayılmış bülletenlərə əsasən, hazırkı prezident Həsən Ruhani 14 milyon 619 min 848 səslə öndədir. Onun əsas rəqibi, mühafizəkarların namizədi İbrahim Rəisi10 milyon 125 min 855 səslə ikinci yerdədir. Digər iki namizəd, Mustafa Mirsəlim 297 min 276 səs, Mustafa Haşimiteba 139 min 331 səs toplaya bilib.

Xatırladaq ki, mayın 19-da İran İslam Respublikasında 12-ci prezident seçkiləri keçirilib. Prezident kürsüsü uğrunda əsas mübarizənin 3 namizəd – Mustafa Mirsəlim, İbrahim Rəisi və Həsən Ruhani arasında gedib.

Belə ki, Məsləhət Şurasının üzvü Mustafa Mirsəlim1947-ci ildə anadan olub. Əvvəllər daxili işlər nazirinin siyasi məsələlər üzrə müavini, Xameneyinin prezidentliyi dövründə onun aparatının rəhbəri və baş müşaviri, Rəfsəncaninin prezidentliyi dövründə isə ölkənin mədəniyyət naziri olub.

Məşhəddəki İmam Rza ziyarətgahı kompleksinin (Astane-Qodse-Rəzəvi) rəhbəri İbrahim Rəisi1960-cı il anadan olub. Ölkənin ali dini rəhbərini seçən Ekspertlər Şurasının üzvüdür. Bundan öncə Tehran şəhərinin prokuroru, ölkənin Baş İnspeksiya Təşkilatının sədri, Məhkəmə-Ədliyyə hakimiyyəti sədrinin birinci müavini, Dövlət Teleradio Təşkilatına Nəzarət Şurasının sədri və ölkənin Baş prokuroru kimi vəzifələrdə çalışıb. Dini rütbəsi hüccətül-islam olsa da, son zamanlar Ayətullah kimi də təqdim olunur. Məşhəd şəhərinin imam-cüməsi, qatı mühafizəkar olaraq tanınan ayətullah Əhməd Ələmülhüda onun qayınatasıdır.

Prezident seçkilərində iştirak edən namizədlər arasında yer alan Həsən Ruhani 1948-ci ildə anadan olub. Məsləhət Şurasının və Ekspertlər Şurasının üzvüdür. Əvvəllər ölkə parlamentinin deputatı və sədr müavini, Ali Milli Təhlükəsizlik Şurasının katibi, Məsləhət Şurası yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru olub. 2013-cü ildə 50,8% səs toplayaraq, prezident seçilib.

img-20170520-wa0015

img-20170520-wa0013

Anar
Gununsesi.info