Pəhrizsiz arıqlamanın 10 variantı

  • Müəllif: admin
  • 20 May 2017 12:00

ariqlama

Arıqlamaq, fit və gözəl formada qalmaq hamı üçün asan başa gəlmir. Bəzən iştaha güc gələndə gözəllik düşündüyümüz ən sonuncu mövzu olur. Daim pəhrizlə yaşamaq da bezdiricidir. Bəs nə etməli? Dadlı yeməklərdən vaz keçməməklə necə normal çəkidə və gözəl formada qalmaq olar?

Gununsesi.info Rusiya mətbuatına istinadən pəhrizsiz gözəl formada qalmağın ən ideal 10 variantın təklif edir.

Özünüzü məhrum etməyin

Ürəyiniz istəyən şeylərdən tamamilə əl çəkməyin. Amma çalışın bəzi şeyləri, xüsusilə şokolad  və  şiniyyatı bir ədəd yeməklə kifayətlənin.

Yuxusuz qalmayın

Metabolizmanın sürətlənməsi üçün yuxunun böyük payı var.

İdman imkanını qaçırmayın

Hər imkanda idman hərəkəti edin. Məsələn, lift yerinə pilləkən, maşın yerinə piyada gəzməyi seçin.

Duyğuları yeməyə qatmayın

Xüsusilə qadınlar duyğularını yeməyə qatmağı sevirlər. Bəziləri kədərlənəndə, bəziləri isə sevinəndə yemək yeyir. Çalışın bu hissləri meyvə ilə ötürün.

Yaşıllıq

Yeməkdən öncə salat yeyin. Boşqabınıza salatı çox qoyun ki, isti yemək üçün mədənizdə yer az qalsın.

Səhər yeməyi

Səhər yeməyi həm pəhriz, həm də sağlamlıq üçün çox vacibdir. Səhər yediyiniz bütün gününüzə təsir edir.

Tərəzidən qaçmayın 

Qadınlar gerçəklərdən qorxduqları üçün tərəzilərdən qaçmağa başlayırlar. Amma bu, sizi arıqlatmayacaq. Gerçəkliklə üzləşmək və dəyişiklik görən kimi bir an öncə hərəkətə keçmək lazımdır.

Kompleksiz olun 

Arıq olmaq həmişə sağlam olmaq deyil. Artıq kilolarınıza görə, özünüzə qapanmayın və özünüzü olduğu kimi sevin.

Dolana qədər yox, doyana qədər

Yavaş-yavaş yemək doymaq hissini anlamağınıza yardım edə bilər. Tez-tez yeyəndə həm dayanmaq, həm də toxluq hissini hiss etmək çətinləşir.

Seçici olun

Ən zəngin süfrədə olsanız belə, boşqabınızı hər şeylə doldurmayın. Hər şeydən az-az yeməyə çalışın.

Ən başlıcası isə gündəlik bol su için.

Gülnaz Qənbərli

Gununsesi.info