
Azərbaycan şou-biznesinin qalmaqallı titullar sahibi, mərhum xalq artisti İlhamə Quliyevanın yenicə azadlığa çıxmış sabiq köməkçisi Mehriban Hüseynova mətbuata transfer olub.
Gununsesi.info-nun xəbərinə görə, əvvəllər falçılıq, şou-biznes əhlinin bir neçəsinin köməkçisi olmuş M.Hüseynova hazırda “Azərbaycan Dünyası” jurnalında xüsusi müxbir kimi işə götürülüb.
Xatırladaq ki, Mehriban Hüseynova barəsində Cinayət Məcəlləsinin 29.180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmışdı. O, 2016-cı il fevralın 25-də dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın var-dövlətini ələ keçirməkdə təqirləndirilirdi. 2017-ci ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinın qərarına əsasən, mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 1 il 3 ay müddətinə şərti cəzayla azadlığa buraxılıb.
Gununsesi.info












