Mingəçevir su anbarında bir nəfər batıb

  • Müəllif: admin
  • 25 May 2017 19:25

fhn xilasediciler

Mingəçevir su anbarında bir nəfər batıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir su anbarının, Yevlax rayonu, Xanabad kəndi ərazisində 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.

Gununsesi.info