Türkiyə təkcə tranzit ölkəsi deyil, həm də… – Ekspert

  • Müəllif: admin
  • 01 İyun 2017 21:52

 14963089484700457362_1000x669

 

Türkiyə təkcə tranzit ölkəsi deyil, həm də enerji resurslarının tranziti üzrə qovşaq olmalıdır.

Axar.az xəbər verir ki, bu fikirləri Energetika Bazarları Siyasəti İnstitutunun direktoru Volkan Özdemir Beynəlxalq Energetika Xartiyasının “Enerji resurslarının tranziti üzrə çoxtərəfli çərçivə sazişinə doğru” mövzusunda Aşqabad beynəlxalq forumunda çıxışı zamanı deyib. Ekspert hesab edir ki, Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri layihəsində Türkiyənin rolu azalıb.

Türkiyənin enerji siyasətindən, enerji resurslarının tranzit qaydaları və prinsiplərindən danışan ekspert deyib ki, enerji resurslarının tranziti onun ölkəsi üçün çox perspektivli istiqamətdir. Enerji resursları ilə ticarətdə ümumi hüquqi beynəlxalq mexanizm lazımdır. Volkan Özdemirin fikrincə, yeni energetika layihələri üçün yeni infrastruktur yaratmaq lazımdır.

O, çıxışında Trans-Anadolu qaz boru kəmərinin – TANAP-ın perspektivlərinə də toxunub.

 

Gununsesi.info