
“Mənim fikrimcə, ancaq öz mənliyini qoruya bilənlər həyat mübarizəsində qalib gəlirlər. Bu həyat təkcə bizim deyil, bizim olmadığını anlayıb, başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik”.
Gununsesi.info-nun xəbərinə görə, bunu millət vəkili Adil Əliyev deyib.
“Həyatın gözəl olması üçün əxlaqımız və düşüncə tərzimiz gözəl olmalıdır. Bəziləri başqalarının uğurlarına qibtə edirlər, ancaq bu uğurların onlara nəyin bahasına başa gəlməsi barədə düşünmürlər.
Sizə son günlər göstərdiyiniz dəstəkdən dolayı öz təşəkkürümü bildirirəm. Minlərlə təbrik və dəstək mesajını ayrı-ayrılıqda cavablandırmaq olduqca çətindir. Biz Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşib,Azərbaycanımızı daha da güclü edəcəyik. Allah Sizləri qorusun!”-deyə, o, sonra qeyd edib.
KAMİL
Gununsesi.info
***












