Naməlum şəxs polis əməkdaşına çəkiclə hücum etdi - PARİSDƏ

  • Müəllif: admin
  • 06 İyun 2017 21:00

frans-polis

Fransanın paytaxtı Parisdə naməlum şəxs polis əməkdaşına çəkiclə hücum edib.

Gununsesi.info-nun məlumatına görə, hadisə şəhərin mərkəzində Notr-Dam kilsəsinin yaxınlığında qeydə alınıb.

Polis atəş açaraq həmin şəxsi zərərsizləşdirib.

Hazırda həmin ərazi nəzarətə götürülüb, əməliyyat keçirilir. Polis sakinlərə əməliyyatın keçirilməsi ilə bağlı xəbərdarlıq edib.

Gununsesi.info