İki qatarın toqquşması nəticəsində 48 sərnişin xəsarət alıb - TEHRANDA

  • Müəllif: admin
  • 06 İyun 2017 21:01

tehran

Tehran metropolitenində iki qatarın toqquşması nəticəsində 48 sərnişin xəsarət alıb.

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran dövlət televiziyasının məlumatında bildirilir.

Tehran metropolitenin mətbuat xidmətinin nümayəndəsi Ehsan Mökəddəm bildirib ki, tuneldən çıxan qatar “Taraşt” stansiyasında dayanmış digər qatarla toqquşub.

İnsident yerli vaxtla 18.15-də (Bakı vaxtı ilə 17.45-də) baş verib.

Xəsarət alan sərnişinlər şəhərin üç xəstəxanasına yerləşdiriliblər.

Gununsesi.info