
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, şəhərin Yasamal rayonunda dördmərtəbəli inzibati binanın zirzəmisində ümumi sahəsi 10 m2 olan elektrik otağında 3 ədəd elektrik sayğacı və 20 p.m kabel yanıb.
Bina yanğından mühafizə olunub. Yanğın saat 10:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info









