Tramp sərvətini açıqladı

  • Müəllif: admin
  • 18 İyun 2017 15:48

tramp-5

 

ABŞ Prezidenti Donald Tramp sərvətinin miqdarını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Tramp son 15 ayda 529 milyon dollar qazanıb. Prezidentin əsas gəlir mənbəyi Floridada yerləşən istirahət mərkəzi və qolf klubudur. O, son 15 ayda bu obyektlərdən müvafiq olaraq 37 və 20 milyon dollar qazanıb.

Tramp iddia edir ki, sərvəti 1,4 milyard dollardır. Lakin onun vergidən yayınmaq üçün mülklərinə ucuz qiymət qoyduğu bildirilir.

 

Gununsesi.info