“Mercedes” “KamAz”a çırpıldı: BİR AİLƏNİN 4 ÜZVÜ XƏSTƏXANALIQ OLDU

  • Müəllif: admin
  • 19 İyun 2017 10:10
2017-06-19-10-23-06aaaa
Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir ailənin 4 üzvü yaralanıb.
Gununsesi.info report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “KamAz” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə “Mercedesin” sürücüsü 1949 – cu il təvəllüdlü Adil Hacıməmməd oğlu Vəliyev və onun sərnişinləri – 1953-cü təvəllüdlü Ramazan Ərəb oğlu Balayev, 1981-ci təvəllüdlü Gülpəri Ramazan qizi Balayeva və 2016-cı il təvəllüdlü Əsrəd Ramil qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Gununsesi.info