Fransada İsmayıllı parkı açıldı

  • Müəllif: admin
  • 02 İyul 2017 18:52

ismayilli-parki
Fransanın Evyan şəhərində İsmayıllı parkının açılışı olub.

Report-un xəbərinə görə, Leman gölünün sahilində salınmış parkda Azərbaycan şairəsi Xurşudbanu Natavanın heykəli ucaldılıb.

Parkın açılışında Evyan şəhərinin meri, Azərbaycanın rəsmi nümayəndələri, Fransadakı səfirliyin əməkdaşları və digər şəxslər iştirak ediblər.

2015- ci ildə İsmayıllı və Evyan şəhərləri arasında dostluq və əməkdaşlıq Xartiyası imzalandıqdan sonra İsmayıllıda Eyvan şəhərinə həsr edilmiş park salınıb.

Parkın açılışı YUNESKO -nun qeyri-maddi mənəvi irsi olan, fransalıların hər zaman böyük maraqla dinlədikləri muğam konserti ilə müşayiət edilib.

Gununsesi.info