“O Səs Türkiyə”nin yeni münsifi bəlli oldu

  • Müəllif: admin
  • 15 Avqust 2017 11:48

04

Ekranların reytinq rekordçusu olan yarışma proqramı “O Səs Türkiyə”də yeni mövsümdə çox böyük dəyişikliklər olacaq.

Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, türkiyəli məhşur müğənni Hadisə bildirib ki, “O Səs Türkiyə”dən ayrılan müğənni S.Canın yerinə gələcək münsif artıq bəllidir.

Belə ki, S.Canı Türkiyənin məşhur müğənnilərindən olan, uzun müddətdir ortalıqda görünməyən Yıldız Tilbe əvəzləyəcək.

Hadisə bildirib ki, ötən il də “O Səs Türkiyə” yarışmasına Sibel Can gələndə çox həyəcan keçirib: “Bu an təbii ki, bizi nə gözləyir bilmirik. Çünki əvvələr Yıldız Tilbe ilə münsif kreslosunda oturmamışam. Amma onu çox sevirəm və onun nə qədər yaxşı bir insan olduğunu bilirəm. Bu da məni qane edir. Onun “Delikanlım” adlı mahnısı çox sevirəm. İnşallah bu il “O Səs Türkiyə”də bu mahnını onunla birlikdə oxuyarıq. Bu il yenə çox maraqlı olacaq. Yıldız dəli, Gökhan dəli, mən dəli, Murat dəli”, – deyə əlavə edib.

Anar

Gununsesi.info