AFFA “Sumqayıt”ı cəzalandırdı

  • Müəllif: admin
  • 15 Avqust 2017 15:16

affa-bina

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, yığıncaqda Azərbaycan çempionatının I turunda baş verənlər müzakirə olunub.

İlk turda Premyer Liqanın yalnız bir klub cəzalanıb. “Sumqayıt” – “Kəpəz” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün meydan sahibləri 800 manat cərimə olunub.

Gununsesi.info