
İsmayıllı rayonunda sahəsi 126 kv.m olan ikimərtəbəli ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, rayonun İsmayıllı kəndində 3 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 63 kv.m sahədə və evə bitişik yığılmış 4 ton ot bağlamasının 2 tonu yanıb.
Ot bağlamasının və evin qalan hissəsi yanğından mühafizə olunub. Alov saat 13:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info









