
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan şəhərində “Hyundai” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı beton dirəyə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal yanğınsöndürən xilasedicilər hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1986-ci il təvəllüdlü Talibov Elşad Tapdıq oğlunun və 1 nəfər sərnişin 1994-cü il təvəllüdlü Mahmudov Hikmət İlham oğlunun cəsədlərini çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:58-də başa çatıb.
Anar
Gununsesi.info










