“TurAz Qartalı – 2017” təlimləri davam edir - FOTOLAR

  • Müəllif: admin
  • 19 Sentyabr 2017 11:14

turaz_telim_190917_01

“TurAz Qartalı – 2017” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirir.