Vüqar Qaradağlının qaynı da ATV-dən QOVULDU

  • Müəllif: admin
  • 26 Sentyabr 2017 14:28

vuqar

ATV-nin vitse-prezidenti, Vüqar Qaradağlının qaynı Rauf Dadaşov telekanaldan uzaqlaşdırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ATV-dən etibarlı mənbə məlumat verib.

Məlumatda bildirilib ki, hazırda iclas davam edir, Rauf Dadaşovla yanaşı, Turan İbrahimovun və başqalarının da işdən çıxarıldığı deyilir.

Qeyd edək ki, ATV prezidenti Vüqar Qaradağlının və digər əməkdaşların işdən çıxarılmasına səbəb Turan İbrahimovun proqramında dövlətin əlehinə ifadələr işlətməsi olub.

Gununsesi.info