“Jara – 2018”in keçiriləcəyi tarix məlum oldu

  • Müəllif: admin
  • 24 Noyabr 2017 15:18

Məşhur müğənni, bəstəkar, iş adamı Emin Ağalarovun təşkil etdiyi “Jara – 2018” beynəlxalq musiqi festivalının keçirilmə tarixi açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu haqda festivalın rəsmi “Instagram” səhifəsində məlumat verilib.

Festival 26-29 iyul tarixlərində ənənəvi olaraq Xəzər dənizinin sahilində baş tutacaq.

Biletlər dekabrın 1-dən satışa çıxarılacaq.

Gununsesi.info