
ABŞ-da məhkəməsi davam edən cənubi azərbaycanlı iş adamı Rza Zərrab müğənni həyat yoldaşı Ebru Gündeşlə bağlı növbəti ifadəsini verib.
Gununsesi.info axşam.az-a istinadən xəbər verir ki, külli miqdarda vəsait məinmsəməkdə və iranla qanunsuz enerji ticcarətində ittiham olunan Rza mediada xanımı ilə özü haqda yazılan xəbərlərin yalan olduğunu deyib:
“Davamlı olaraq qəzet və jurnallarda həyat yoldaşımla mənim haqqımda yazılar yazılırdı. Lüks həyatımızla bağlı şəkillər paparassilər tərəfindən gizli çəkilib. Mediada bizim haqqımızda yazılan xəbərlərin 99 faizi uydurma və yalan idi”.
Qeyd edək ki, Rzanın həbsxanada ona başqa qadınla xəyanət etdiyini öyrənən Ebru ondan boşanmaq qərarı alıb.
Gununsesi.info











