
Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, 24 yaşlı qız (ad-soyad hələlik məlum deyil) metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən hündürmərtəbəli yeni tikilinin 10-cu mərtəbəsindən özünü atıb.
Gənc qız hadisə yerində ölüb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları cəlb edilib.
Gununsesi.info









