Bakıda piyada yol qəzasının qurbanı oldu

  • By admin
  • 08 Dekabr 2017 12:52

Paytaxtda yolu keçən piyadanı avtomobil vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, dekabrın 7-də saat 21:00 radələrində Binəqədi rayonu ərazisində Sumqayıt şəhər sakini Veysəl Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info