Sənət olmayanda bədən gedir qabağa, hamısı atlanır-düşür - YALÇIN RZAZADƏ (VİDEO)

  • Müəllif: admin
  • 25 Yanvar 2018 15:22

“Mahnılarımı oxuyanda yaxşı oxumalıdırlar. Ya gərək yaxşı oxuyasan, ya da oxumayasan. Tamaşaçı həmin ifanı eşidən kimi deyir ki, bu mahnını filankəs yaxşı oxumuşdu, bu niyə oxudu? Həmin müğənnilər mahnının səviyyəsini salırlar”.

Gununsesi.info xəbər verir ki, bu sözləri xalq artisti Yalçın Rzazadə “Virtual həyat” proqramında deyib.

Müğənni digər ifaçıların onun mahnılarını oxumasından danışıb və narazıçılığını bildirib: “Mənim mahnılarımı oxuyanda mütləq məsləhət eləsinlər. Mən heç vaxt demərəm ki, oxuma! Səsinə qulaq asıb deyərəm ki, bunu ifa etmə, o biri mahnım sənə daha çox uyğun olar.

Sənət olmayanda bədən gedir qabağa, arxada isə istedad yoxdur. Bu, Rusiyada da belədir, Türkiyədə də belədir. Sənət yoxdur, hamısı atlanır-düşür, musiqi isə burdan gəlir, burdan gedir. Mən yüzlərlə mahnı eşidirəm ki, orda musiqi yoxdur”.

Gununsesi.info