Gununsesi.info xəbər verir ki, bunu aznews.az-a açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.
“Bütün ölkələrdə intihar halları olur. İntiharın bir çox növləri var. Məsələn, vətən uğrunda döyüşən insan özünü bomba üzərinə qoyub partladır, yaxud da güllə qarşısına keçir. Təki vətəni xilas olsun. Başqasının balası yetim qalmasın deyə özünü ölümə verənlər var. Yəni belə qəhrəmanlıq halları da var. Amma bir də var, fərdi səbəblərə görə özünü öldürmək. Məsələn, müdir işdə sıxışdırır, işçi özünü öldürür, valideyn övladını, qardaş bacısını, kişi arvadını intihar səviyyəsinə çatdırır. Sosial problemlər o qədər yüklənir ki, ailəsini dolandıra bilməyənlər daha çox intihara meyl edir. İntiharın kökündə isə sosial əsaslar və problemlər dayanır. İkinci səbəbi isə psixoloji hallarla bağlıdır. Bunun üçün insanları tərbiyə etmək lazımdır”.
Tahir Kərimli qeyd edib ki, adət-ənənəmizə və dinimizə görə, intihar edənlər bağışlanmır:
“Onları dini qaydada, el adəti üzrə basdırmaq olmaz. Çünki Allahın yaratdığı insanın öz canına qəsd etməsi Yaradana etirazdır. Dinə görə bu yolverilməzdir. İntihar edənlərin adına yas mərasimləri verilmir. Bir sıra xalqlarda da bu, həyata keçirilir”.
Gununsesi.info










