
“Hərdən xarici ölkələrə səfər edirəm, amma nəticədə ölkəmə qayıdıram. Efirlərdən də küsməmişəm. Mənim üçün efirə çıxanda birinciliyin önəmi var. Sadəcə, bizdə kim qabağa düşdü, tapşırıldı qabağa düşür. Bu günə kimi heç kimə ağız açmamışam”.
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni-bəstəkar Ramal İsrafilov “Klip+” verilişində deyib.
Ramal bədxərc olduğunu etiraf edib:
“Həm bədxərcəm. Pul varsa, xərcləmək lazımdır. Düzdü, gərək diqqətli olasan. Amma Allah yetirir”.
Müğənni xalq artisti Aygün Kazımova ilə Natavan Həbibinin barışması xəbərinə münasibət bildirib:
“Kinli insanları sevmirəm, səsləyirəm ki, sevgidolu olsunlar. Əsas odur ki, səmimi olsunlar, efir xatirinə barışmasınlar”.
Ramal əməkdar artist Abbas Bağırovla hələ də küsülü olduğunu bildirib:
“Bütün müsahibələrimdə demişəm, heç kimlə küsülülüyüm yoxdur. İnciklik var. İşlərim çoxdur. Bir nəfəri fikirləşib dayanan deyiləm”.
Gununsesi.info











