
Rusiyada 2017-ci il üzrə ən çox oğurlanan avtomobillərin siyahısı açıqlanıb.
Gununsesi.info xəbər verir ki, ötən il Rusiyada ən çox “Lada” avtomobilləri qaçırılıb.
Bu şirkətin 5 756 avtomobili maşın oğrularının qurbanı olub. İkinci yerdə “Toyota” (3 797), üçüncü yerdə “Hyundai” (2 056) avtomobilləri qərarlaşıb.
Siyahıda həmçinin “Kia”, “Nissan”, “Chevrolet”, “Land Rover”, “Audi” və UAZ yer alıb.
Ümumilikdə, statistikaya əsasən 2017-ci il üzrə 34 minə yaxın avtomobil qaçırılıb.
Gununsesi.info












