İspaniya və Portuqaliyadan çətin bərabərlik  — 1/8 finala vəsiqə qazandırdı

  • Müəllif: admin
  • 26 İyun 2018 00:22

İspaniya və Portuqaliyadan çətin bərabərlik

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında “B” qrupunun son oyunları yekunlaşıb.

Gununsesi.info xəbər verir ki,  Saransk şəhərində keçirilən matçda Portuqaliya millisi İranla qarşılaşıb. Matç İranın son dəqiqlərdə penaltidən vurduğu qoldan sonra 1-1 hesablı bərabərliklə başa çatıb. Matçda Ronaldu penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Paralel olaraq Kalininqradda isə İspaniya milli komandası qrupun autsayderi Mərakeşlə üz-üzə gəlib. Gərgin keçən oyunda ispanlar iki dəfə geriyə düşsə də, son nəticədə 2-2 hesablı bərabərlik qeydə alınıb.

 Bu nəticələrlə, qrupdan birinci yerdə İspaniya, ikinci yerdə Portuqaliya millisi çıxıb. Hər iki komandanın xalları 5 olduğunudan, qol fərqinə görə irəlidə olan İspaniya qrup lideri kimi 1/8 finala vəsiqə əldə edib.