Salyanda “KAMAZ” aşdı - ölən var

  • Müəllif: admin
  • 03 İyul 2018 12:43

 

Salyan rayonunun Xıdırlı kəndində “KAMAZ” markalı yük avtomobili yolda idarəetməni itirərək aşıb.

 FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1963-cü il təvəllüdlü Piriyev Pirvəli Səfər oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.