FHN “Quba Palace Hotel”dəki faciə ilə bağlı məlumat yaydı - YENİLƏNİB

  • Müəllif: admin
  • 09 İyul 2018 16:21

Fövqəladə Hallar Nazirliyi Quba rayonunda “Quba Palace Hotel”də kanat yolunun qırılması nəticəsində kanatda olanların ölməsi və xəsarət alması barədə xəbərlərə münasibət bildirib.
Gununsesi.info-nun FHN-nin saytına istinadən xəbərinə görə, ilkin araşdırmalar zamanı müəyyən edilib ki, Rusiya Federasiyasının “SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb: “Hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb”.
Hadisə ilə bağlı aidiyyatı orqanlar tərəfindən araşdırmalar aparılır.

***

13:45

Quba rayonunda bədbəxt hadisə baş verib.

Gununsesi.info-nun verdiyi məlumata görə, Qubadakı hotellərdən birində  kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.

Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 Faktla bağlı araşdırma aparılır.