Avropa Məhkəməsi qarşısı kəsilən siyasətçinin şikayətini təmin etdi - QƏRAR

  • Müəllif: admin
  • 14 Dekabr 2018 23:39

REAL Partiyasının funksioneri Azər Qasımlının Azərbaycana qarşı iddiası Avropa İnsan Hüquqları Məhkəməsində təmin edilib.

Gununsesi.org xəbər verir ki, bu barədə siyasətçinin özü bildirib: “Avropa Məhkəməsi ölkədən çıxışıma qoyulan qadağa ilə bağlı şikayətimi təmin edib. Məhkəmə qərarına əsasən Azərbaycan hökuməti mənim effektiv müdafiə hüququmu (Avropa Konvensiyasının 13-cü maddəsi) və hərəkət azadlığımı (Konvensiyanın 4 №-li Protokolunun 2-ci maddəsi) pozub”.

A.Qasımlı deyib ki, ölkədən çıxışına qadağa 2016-nın avqustunda qoyulub:”Bu qadağanın heç bir hüquqi əsası yoxdur və birbaşa siyasi fəaliyyətimlə bağlıdır”.