“Vəsvəsə” tamaşası avropada qadağan olundu - BAKI SƏHNƏSİNDƏ OYNADILDI / FOTOLAR

  • Müəllif: admin
  • 03 İyul 2019 09:23

“YUĞ” Dövlət Teatrı “Vəsvəsə” tamaşası ilə 30-cu teatr mövsümünə yekun vurub.

Gununsesi.org xəbər verir ki, sözügedən tamaşa tanınmış Norveç yazarı Henrik İbsenin “Vahimə” əsəri əsasında hazırlanıb. İlk dəfə 1882-ci ildə səhnləşdirilən bu əsərdə burjua ailəsinin dağılmasının faciəsindən, eləcə də cəmiyyətdə qadağan edilmiş mövzulardan bəhs edilir. Buna görə də pyesin səhnələşdirilməsinə Avropanın bir çox ölkələrində icazə verilməyib.

 Tamaşada rolları Əməkdar artist Elxan Abbasov (Keşiş Manders), aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova (Frü Alvinq), Amid Qasımov (Keşiş Manders), Vüqar Hacıyev, Oqtay Mehtiyev (Enqstrand), Elgün Həmidov (Osvald), Ləman Mərrih və Günel Səfərova (Regina) ifa ediblər.

“Vəsvəsə” tamaşasının quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı, Əməkdar rəssam Rəşid Şərif, geyim üzrə rəssamı Elnarə Bəkirova, musiqi tərtibatçısı Səbinə Süleymanova, rejissor assistenti Səidə Süleymanovadır.




Gununsesi.org