İki yaşlı uşağı “tok” vurdu

  • Müəllif: admin
  • 18 Avqust 2019 13:24

Bərdə rayonunda 2 yaşlı uşağı elektrik cərəyanı vurub.

Gununsesi.org xəbər verir ki, o, elektrotravma diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, Tərtər rayon Qaraqoyunlu kənd sakini 2017-ci il təvəllüdlü Xəlilzadə Üzeyir Fədail oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Gununsesi.org