İngiltərəli müdafiəçi Eşli Koul karyerasını başa vurdu

  • Müəllif: admin
  • 18 Avqust 2019 22:45

38 yaşlı ingiltərəli müdafiəçi Eşli Koul karyerasını başa vurduğunu elan edib. Gununsesi.org-un məlumatına görə, bu barədə “Sky Sports” yazıb.

“Hər şeyi dəqiqliyi ilə fikirləşəndən sonra başa düşdüm ki, butsları mismardan asmağın və yeni, məşqçi fəaliyyətimlə bağlı olacaq fəslə başlamağın vaxtıdır. Mən arzumu yerinə yetirdim və indi gələcəyə baxıram”, – Koul deyib.

Qeyd edək ki, Koul karyerası boyu  “Arsenal”, “Kristal Pelas”, “Çelsi”, “Romu”, “Los-Anceles Qelaksi” və iyunda tərk etdiyi “Derbi”nin heyətində çıxış edib.

Gununsesi.org