Novruz Məmmədovun oğlu da “vuruldu”

  • Müəllif: admin
  • 16 Dekabr 2019 10:42

 

Sabiq baş nazirin oğlu rəis vəzifəsini itirdi

 

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sabiq baş nazir Novruz Məmmədovun oğlunu polis orqanlarındakı vəzifəsindən azad edib.

Gununsesi.org-un xəbərinə görə, nazir Vilayət Eyvazovun əmri ilə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı İsmayıl Məmmədov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə İ.Məmmədov DİN-nin Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyatçısı təyin olunub.

Gununsesi.org