Naxçıvanda ağır yol qəzası: 3 nəfər həlak oldu

  • Müəllif: admin
  • 21 Fevral 2020 16:01

Naxçıvanda yol qəzası baş verib.

Bu barədə Gununsesiaz.info Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.

Belə ki, fevralın 20-də, saat 12 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakinləri – N.Rəhimovun idarə etdiyi “VAZ-21074” və Ə.Məmmədovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub. Nəticədə R.Rəhimov və sərnişinləri Çəmən Hüseynova, oğlu T.Hüseynov, gəlini Tünzalə Hüseynova və nəvəsi, 1 yaşlı Allahverdi, habelə Ə.Məmmədovun sərnişini olan arvadı A.Məmmədova xəstəxanaya yerləşdiriliblər.

Ç.Hüseynova, T.Hüseynova və azyaşlı orada ölüb.

Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesiaz.info