Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır
Rusiya-Ukrayna müharibəsi ilə bağlı yetərincə politoloji terminlərdən istifadə olunub, demək olar ki, dünya mediası bütün məqamlara işıq salıb. Amma işğalçı, dağıdıcı müharibənin nə zaman başa çatacağı bəlli deyil. Bu qədər sanksiyalar, Qərbin Ukraynaya dəstəyi, qəhrəman ukraynalıların peşəkar döyüş taktikaları Rusiyanı çökdürə bilmir. Çökdürə bilməyəcəkdə. Bunun əsas səbəbi Ruyanın insan potensialı, hərbi texnikası və yaxud təbii ehtiyatları deyil.
Hazırda Çinin gizli və aşkar şəkildə Rusiyaya dəstəyi ilə bağlı məlumatlar bəllidir. Əslində bu, nəhəng ölkənin maraq dairəsindədir ki, Rusiya çöksün, amma məğlub olmasın. Dünyanın super gücündən əsər-əlamət qalmayan, zəifləmiş, iqtisadiyyatı çökmüş Rusiya hazırda Çin üçün əla xammal bazasıdır. Belə bir asılı vəziyyətə düşən ölkənin tamamilə məğlubiyyəti Çinin strateji maraqlarına uyğun deyil.
Böyük ehtimalla ABŞ prezidenti Donald Trampla Çinin baş katibi Si Çinin arasında Nyu-Yorkda keçirilməsi nəzərdə tutulan görüşdə Çinin Rusiyaya dəstəyinin dayandırılması müzakirə olunacaq. Əgər həm Çinin, həm də Şimalı Koreyanın dəstəyi dayandırılsa Rusiyanın müharibəni uzun müddət davam etdirmək imkanları olmayacaq. Hərbi avadanlıqların idxalının dayandırılması hərbiyönümlü zavodların fəaliyyətinin iflic olmasına təsir göstərməklə bərabər, bu tendensiya müharibə meydanında hiss olunacaq.
Digər tərəfdən Şimal qonşumuzun daxilində də əhalinin narazılığı artmaqdadır. Müharibə ilə bağlı Rusiyanın təbliğat maşınının yaydığı məlumatlara artıq inanların sayı getdikcə azalır. Vəziyyət ağırlaşdıqca daxili müqavimətin güclənməsi gözləniləndir. Seçki şouları, dünya ölkələrinə təhdid mesajları reallıqdan çox uzaqdır.










