Mirşahindən xəbər var

  • Müəllif: admin
  • 08 İyul 2020 11:01

Koronavirus  (COVID-19) infeksiyasına yoluxan “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Real TV) baş direktoru Mirşahin Ağayevin vəziyyəti stabildir və müalicəsi davam etdirilir.

Gununsesi.org bildirir ki, bunu Modern.az-a açıqlamasında “Real”ın baş redaktor müavini Lalə Nurəddinqızı bildirib.

 

L.Nurəddinqızının sözlərinə görə, M.Ağayevin həyat yoldaşı Səbinə Ağayeva bəzi məlumatlarda deyildiyi kimi xəstəxanada deyil:

“Onun səhhətiylə bağlı heç bir problem yoxdur”.

Qeyd edək ki, təhlükəsizlik səbəbilə Mirşahin Ağayevin yaxınları və son günlərdə təmasda olduğu şəxslər araşdırılaraq tibbi nəzarətə götürülüb.

Gununsesi.org