Yük çantasından 7 kq-dan artıq tiryək tapıldı - FOTOLAR

  • Müəllif: admin
  • 20 Oktyabr 2016 14:09

narkos-1

Respublikanın daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni uğurla davam etdirir.

Gununsesi.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları ilə birgə Biləsuvar rayonunun Ağalı kəndi ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Anar Məmmədov saxlanılıb.

Saxlanılan şəxsin əlindəki yük çantasına baxış zamanı oradan 7 kiloqramdan artıq narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

A.Məmmədov ilkin dindirmə ölkəmizə qaçaqmal yolu ilə keçirilən həmin narkotik vasitəni qabaqcadan cinayət əlaqəsinə girdiyi və “tanımadığı” İran İslam Respublikasının vətəndaşından aldığını bildirib. Saxlanılan şəxsin niyyəti isə narkotik vasitəni satıb, gəlir əldə etmək olub.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayətin digər iştirakçılarının da tapılıb tutulmaları və məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

narkos-2

narkos-3

Gununsesi.info