“İŞİD”-dən növbəti qandonduran qətliam - 284 nəfər edam edildi

  • Müəllif: admin
  • 22 Oktyabr 2016 08:27

96fa37756d26

Mosul şəhəri ətrafında İŞİD terror qruplaşmasının silahlıları 284 nəfəri edam edib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə CNN telekanalı İraq təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat verib.

Məlumata əsasən, öldürülənlərin əksəriyyəti kişilərdir. Edam edilənlər arasında uşaqlar da olub. Silahlılar insanları  güllələyərək qətlə yetirib, meyitləri buldozerlə  ümumi məzara atıblar.

CNN-in xəbərinə əsasən, məlumat hələ ki rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, oktyabrın 17-də Mosulun terrorçulardan azad edilməsi uğrunda əməliyyat başlayıb.

Gununsesi.info