Astarada ev yandı

  • Müəllif: admin
  • 22 Oktyabr 2016 09:40

yangin (1)

Astarada vətəndaşa məxsus 2 otaq ev yanıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Astara rayonunda vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə və mətbəxinin yanar konstruksiyaları 15 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info