
Gəncədə bıçaqlanma olub.
Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən məlumatına görə, hadisə şəhərin Nigar Rəfibəyli küçəsində baş verib.
Şəhər sakinləri 1998-ci il təvəllüdlü Vahid Abdullayev və onun həmyaşıdı Şakir Kərimov bıçaqlanma xəsarətləri ilə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdiriliblər.
Əməliyyat olunanların vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info










