Polis Akademiyasında tələbələr arasında dava düşüb - Müdavinlərdən biri bıçaqlanıb

  • Müəllif: admin
  • 26 Oktyabr 2016 16:52

polis

Bakının Xəzər rayonunda Polis Akademiyasının tələbələri arasında dava düşüb. 3-cü kurs tələbələri arasında mübahisə zamanı kursantlardan biri bıçaqlanıb. 

Gununsesi.info xəbər verir ki, dava küçədə olub.

Belə ki, Mərdəkan qəsəbəsi Yesenin küçəsi 5 ünvanın qarşısında Polis Akademiyasının 3-cü kurs tələbələri 1997-ci il təvəllüdlü Coşqun Əliyev ilə 1996 ci- il təvəllüdlü Rəşad Məmmədov arasında mübahisə düşüb. Mübahisə zamanı C.Əliyev qrup yoldaşı R.Məmmədova bıçaqla xəsarət yetirib. R.Məmmədov Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info