“Azəravtoyol”un Aparat rəhbəri dünyasını dəyişdi - AİLƏ DRAMI

  • Müəllif: admin
  • 27 Oktyabr 2016 11:35

hokmali-3

Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan “Azəravtoyol” ASC-nin Aparat rəhbəri Müşviq Abbasov dünyasını dəyişib.

Gununsesi.info “report”a istinadən xəbər verir ki, hadisədən sonra M.Abbasov Türkiyəyə aparılıb və oradakı xəstəxanalardan birinə yerləşdirilib.

O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib.

Həyat yoldaşı Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır.

Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Abbasov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Abbasova ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Abbasova isə ölüb.

M.Abbasov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdiriliblər.

Gunusesi.info