Lerikdə uçqun baş verən yol təmizlənir - "AZƏRAVTOYOL" (FOTOLAR)

  • Müəllif: admin
  • 28 Oktyabr 2016 15:03

lerik

Bu gün səhər saatlarında Lerik rayonu, Lerik-Kəlvəz-Göydərə avtomobil yolunun 8-ci km-də dağ uçqunu baş veribNəticədə yolun hərəkət hissəsinə iri qaya parçaları tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub.

“Azəravtoyol” ASC-dən Gununsesi.info-ya verilən məlumata görə, dərhal əraziyə dövlət şirkətinin ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddət ərzində yolda hərəkətin bərpa edilməsi istiqamətinə addımlar atılır. Yolun bir hissəsindən qaya parçaları təmizlənərək hərəkət bərpa olunub.
Hazırda digər hissəsinin təmizlənməsi istiqamətində addımlar atılır.

lerik1 lerik2

Gununsesi.info