Rəqəmli televiziya yayımına keçid əhalidə ciddi etiraza səbəb oldu - Dekoderlər isə vətəndaşlara qiymətindən qat-qat baha "sırınır"

  • By admin
  • 02 Noyabr 2016 11:47
televiziya_088
Noyabrın 1- dən etibarən Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron yarımadasında analoq yayımının dayandırılaraq,  tam açıq paketli rəqəmli televiziya yayımına keçilməsi əhali arasında ciddi narahatçılıq yaradıb.
Gununsesi.info xəbər verir ki, bu, açıq paketli rəqəmli televiziyası olamayan vətəndaşlar tərəfindən  indiki ağır sosial-iqtisadi vəziyətdə hökuməti qınaq obyektinə çevirməsinə səbəb olub. Əhalinin aztəminatlı təbəqəsi bildirir ki, onlar  bu gün ancaq birtəhər yemək pulu tapır. “İndi gedib haradan yeni televizor və ya köhnə televizorlar üçün “Set-Top-Box” dekoderlərini alaq?”-deyə, sözlərinə əlavə edirlər.
Əslində  heç sadə vətəndaşların əksəriyyəti  dekoder sözünü əməlli başa düşə bilmir, indi qalıb ki, onun adını olduğu kimi desin?! “Set-Top-Box” dekoderlərinin  poçt  şöbələrində 20-21 manat civarında satılması barədə göstəriş verilsə də,  bu dekoder aparatları  çox məhdud şəkildə poçt şöbələrinə paylandığından qısa zaman ərzində qurtarıb. Ticarət obyektlərində isə dekoderlər 30-50 manat  arasında vətəndaşlara satılır.
Yaranmış vəziyyətlə bağlı  Milli Teleradio Şurasına müraciət etdik. Milli Teleradio Şurasının Aparat  rəhbəri Toğrul Məmmədov bildirib ki, əhalini “Set-Top-Box” dekoderləri ilə təmin etmək məqsədi ilə yerli poçt şöbələrinə beş min dekoder paylanıb. “Paylanıb ki, 0 dekoderlər vasitəsi ilə köhnə televizorlar  göstərsin”- deyə, T.Məmmədov vurğulayıb:
-Poçtlara müraciət edən vətəndaşlara isə deyilər ki, çox az verildiyindən qurtarıb, ancaq ticarət mərkəzlərində ala bilərsiniz. Ticarət mərkəzlərində də bu aparat  qiymətindən çox baha 30-50 manat civarında satılır. Bunu necə dəyərləndirisiniz?
-Niyə tapmaq olmur ki? Bütün poçt şöbələrində var. Beş minədək dekoder paylanıb poçtlara.
-Şəxsən mən özüm bu gün bir neçə poçt şöbəsində olaraq dekoder soruşmuşam və deyiblər ki, məhdud sayda verildiyindən həmən də satıldı. Gözləyirik.  Bir azdan müraciət edin. Qiymətinə gəldikdə isə dedilər ki, hər poşt şöbəsi bir qiymət bildirdi. 22-25 manat civarında satıldığını bildirdilər…
-Bunu başa düşürəm. Dekoderlərin poçt şöbələrinə verilməsində məqsəd o idi ki, belə qiymət artımı ilə bağlı xoşagəlməz halların qarşısı alınsın. Hansı poçt şöbəsində yoxdursa, yenidən həmin poçt şöbələrinə dekoderlər çatdırılacaq. Çünki ehtiyat üçün beş minədək   saxlayırıdıq.
-Tələbat isə bundan qat-qat artıqdır.
– Əgər tələbat artıq  olacaqsa, yenidən poçt şöbləri dekoderlərlə  təmin olunacaq.
 -Vaxtında poçt şöbələrinin bi dekoderlərlə təmin olunmaması, indi  xalqda  ciddi etiraza səbəb olub. Necə etmək olar ki, qısa zamanda əhali bu dekoderlərlə təmin olunsun?
-Biz yenidən Rabitə və Yüksək Texnologiyalr Nazirliyi ilə danışarıq. Hansı poçt şöbəsində dekoder yoxdursa, onlar  əlavə dekoderlərlə təmin olunsun…
Gununsesi.info