Salyanda ev yandı

  • Müəllif: admin
  • 02 Noyabr 2016 13:17

yandi ev

Salyanda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, rayonun Kürsəngi kəndində vətəndaşa məxsus ümumi sahəsi 117 m2 olan birmərtəbəli, 4 otaqlı evin bir otağının qamışdan ibarət tavanı 3 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info