
Nadir Səlifovun (kriminal alımdə “Lotu Quli” kimi tanınır-red) yaxın qohumu Məhəbbət Namazov həbs edilib.
Bu barədə Gununsesi.info-ya onun vəkili Elçin Qəmbərov məlumat verib.
Onun sözlərinə görə, M. Namazov noyabrın 23-də Nəsimi polisi tərəfindən saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) ittiham irəl sürülüb.
“Polis onu saxlayan zaman üzərindən 0,5kq. həcmində “heroin aşkar” edib. Amma bu, həqiqətəuyğun məlumat deyil”- deyə, vəkil bildirib.
Vəkil deyib ki, polisdə M. Namzaova qarşı fiziki və psixoloji təzyiqlər tətbiq edilib. “Bu təzyiqlərin də əsas məqsədi Nadir Səlifova (“Lotu Quli”yə) qarşı ifadə almaq olub. Namazov isə bu təzyiqlərə baxmayaraq, “Loti Quli”yə qarşı hər hansı ifadə verməkdən imtina edib”- deyə, o, bildirib.
Vəkil əlavə edib ki, Nəsimi rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Vəkil onu da bildirib ki, 1 dekabr 2016-cı ildə M. Namazovun Ağstafa rayonunda yaşadığı evin həyətində aparılan əməliyyat-axtarış zamanı polis onun həyətinə əvvəlcədən məqsədli formada atılan çoxsaylı patron “aşkar” edərək götürüb: “Ancaq Namazov sakit həyat tərzi sürüb və ümumiyyətlə, kriminal aləm haqqında məlumata malik olmayan şəxsdir. Hesab edirəm ki, bu işin arxasında “Lotu Quli”nin Gürcüstana ekstradisiyanın qarşısını almaq məqsədi dayanır. Bu baxımdan da, ona qarşı belə uydurma cianyət işi açılıb və Məhəbbət Namazov da bu işin “qurbanı”dır”.
Gununsesi.info









