Ticarət mərkəzində partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar aşkarlanıb

  • Müəllif: admin
  • 06 Dekabr 2016 12:28

partlayici-maddeler

Bakıda ticarət mərkəzində partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar aşkar edilərək götürülüb.

Gununsesi.info DİN mətbuat xidmətinə istinadən xəbər verir ki,  Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisindəki ticarət mərkəzində səyyar ticarətlə məşğul olan Cavanqulu Məmmədovdan 10000 ədəd, Fərid Qəmbərovdan isə 6000 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.

Gülnaz Qənbərli

Gununsesi.info