
Bakının Yasamal rayonu ərazisindəki avtomobil dayanacağında böyük faciənin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda avtomobil dayanacağının ümumi sahəsi 5 m2 olan gözətçi otağının yanar konstruksiyaları 3 m2 sahədə yanıb. Gözətçi otağın qalan hissəsi və 6 ədəd minik avtomobilləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info









