Qanunvericiliyi pozanlar cərimələndi

  • Müəllif: admin
  • 06 Dekabr 2016 15:57

qanunnnn

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2016-cı ilin 16-30 noyabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Gununsesi.info-nun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, araşdırma zaman hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 125 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 20 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 42 iş üzrə 50400 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 15 iş üzrə 1228,7 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 317 iş üzrə 36601,09 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 24, icra qurumlarına 16, məhkəmələrə isə 2 iş göndərilib.
Anar
Gununsesi.info